"Bələdiyyələrdə qadınların sayı 35 faizə çatıb" - Ombudsman


16:44     20 İyun 2018 elmira13%20aprel.jpg

"Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə yoxsulluğun dərəcəsi 85 faiz müəyyən edilmişdi. Sonradan həyata keçirilən iqtisadi islahatlar nəticəsində bu rəqəm əhəmiyyətli dərəcədə aşağı düşüb".



Femida.az-ın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Azərbaycanın Ombudsmanı Elmira Süleymanova deyib. O bildirib ki, Azərbaycanda işsizlik 5 faizə endirilib.


E. Süleymanovanın sözlərinə görə, ölkə daxilində 240 müəssisə var ki, insanlar həmin yerləri öz iradəsi ilə tərk edə bilmir: "Bizim Milli Preventiv Qrup tərəfindən bu müəssisələrdə monitorinqlər aparılır".


Ombudsman sonuncu seçkilərdən sonra bələdiyyələrdə qadınların sayının 35 faizə çatdığını qeyd edib. E. Süleymanov illər öncə bələdiyyələrdə qadınların sayının 4 faiz olduğunu xatırladıb.

Femida.az

Açar sözlər: #Ombudsman   #Bakı   #Beynəlxalq  

Oxunub: 1109