Lerik sakini çayda batıb


17:18     20 İyun 2018 denizde-boguldu.jpg

Fövqəladə Hallar Nazirliyi Lerik sakininin çayda batması barədə məlumat yayıb.



Femida.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lerik rayonunun Piran kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1180