“Yeni raketləri paradda görəcəksiniz” - Zakir Həsənov


18:29     20 İyun 2018 2018/06/mudafie-naziri-general-polkovnik-zakir-hesenovun-metbuat-konfransi-4_1529491326.jpg

Bu gün Azərbaycan Ordusunda ən müasir uzaq məsafədə hədəfi dəqiqliklə məhv edə bilən raketləri var.

Femida.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında deyib.

Müdafiə nazirinin sözlərinə görə, il yarım bundan əvvəl bir ajiotaj qalxmışdı ki, düşmən hansısa raket alıb:“Mən həmin vaxt dedim. İndi də bir daha təkrar edirəm. Tam məsuliyyətimlə deyirəm ki, bizim daha dəqiq, daha səmərəli, daha uzaq məsafədən düşmənin hədəflərini dəf edərək məhv etməyə qadir olan raketlərimiz var. Bizim Hava Hücumundan Müdafiə Qoşunları ən müasir hava hücumundan müdafiə sistemləri ilə təchiz olunublar. Onlar həm aerodinamik hədəfləri məhv edə bilir, həm də müxtəlif növ raketləri məhv etməyə qadirdirlər. Siz onları parad zamanı da görəcəksiniz”.


Femida.az

Açar sözlər:

Oxunub: 2172