Keçmiş məhkum narkotiklə tutuldu


18:45     20 İyun 2018 terror%20hebs.jpg

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, satışı və kultuvasiyası ilə mübarizə tədbirləri davam etdirilir.


DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən xəbərə görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.

Belə ki , o, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən elə iş başında yaxalanıb. Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 708