Qubada heyvan oğruları saxlanıldı


18:56     20 İyun 2018 qoyun_010.jpg

Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rustov kənd sakini Ağalar Bayramovun həyətindən 2 baş xırda buynuzlu heyvanları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.


DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Femida.az-a verilən məlumata görə, araşdırmalarla onun həmin kənd sakini Mahir Həsənov olduğu müəyyən edilib.

Ətrafında aparılan tədbirlərlə onun digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, M.Həsənov 2017-ci ilin mart ayından cari ilin may ayına qədər olan müddətdə həmkəndlilərinə məxsus 4 baş iribuynuzlu və 2 baş xırda buynuzlu heyvanı oğurlaması da müəyyən edilib.

Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edərək, oğurladıqları heyvanları rayon ərazisində dəyərindən ucuz qiymətə satdıqını bildirib. Faktla bağlı Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb.

Femida.az

Açar sözlər: Qoyun   Oğru  

Oxunub: 1025