Depozit hərracının nəticələri açıqlandı


19:00     20 İyun 2018 merkezi%20bank.jpg

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlanıb.


Bankdan Femida.az-a verilən məlumata görə, iyunun 20-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 843,8 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01 faiz təşkil edib.

Femida.az

Açar sözlər: #Depozit   #hərrac  

Oxunub: 945