Azərbaycan hərbi texnikanı gücləndirir, xüsusi təyinatlılar aktivləşib - Ermənilərin cəbhə qorxusu


19:15     20 İyun 2018 18_06_20_1529493502.jpg


Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "prezidentinin” "müşaviri” Tiqran Abramyan müharibə qorxularını açıqlayıb.

T.Abramyan Azərbaycan Ordusunun təmas xəttində yeni istehkamlar inşa etdiyini, cəbhəni möhkəmləndirdiyini iddia edib.

"Son bir həftədə Azərbaycan Ordusu aktiv şəkildə yerdəyişmə edir və hərbi texnikanı gücləndirir. Aktiv mühəndislik işləri aparılır. Həmçinin, xüsusi təyinatlı qüvvələrin aktivliyi müşahidə olunur”, - deyə T. Abramyan iddia edib.

Qeyd edək ki, Ermənistan tərəfi Ordumuzun işğal altındakı Günnüt kəndini azad etməsindən sonra qorxuya düşüb./publika.az

Femida.az

Açar sözlər: #erməni   #cəbhə   #Qarabağ   #hərbi   #ordu  

Oxunub: 3870