Evdən 7 minlik qızıl oğurlanıb


19:24     20 İyun 2018 qizil1.jpg

İyun ayının 1-də Tərtər rayon sakini olan bir nəfər RPŞ-yə ərizə ilə müraciət edərək yaşadığı evdən ona məxsus qızıl-zinət əşyalarının oğurlandığı barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə baxış keçirib, 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib. Faktla bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Davam etdirilən araşdırmalarla oğurluğu törətməkdə şübhəli bilinən Tərtər rayon Bəyimsarov kənd sakini Heydər İsmayılov saxlanılaraq istintiqa cəlb olunub. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib. Oğurlanmış qızıl-zinət əşyaları maddi sübut kimi götürülüb. Faktla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 796