Aprel döyüşçümüzdən şad xəbər: Artıq ayağa qalxacaq!

Aprel döyüşçümüzdən şad xəbər: Artıq ayağa qalxacaq!

19:58     20 İyun 2018 2018/06/azer12_1529496132.jpg

Azərbaycan Ordusunun zabiti, aprel döyüşlərində qəhrəmanlıq göstərərək qazi olan Azər Məmmədovun Türkiyədəki müalicəsi davam edir.

Bu barədə Femida.az-a açıqlamasında Azər Məmmədov özü məlumat verib.

Aprel döyüşlərinin qəhrəmanlarından olan Azər Məmmədova kök hüceyrə müalicəsi tətbiq edilib. Gələn həftə onurğa əməliyyatı və növbəti kök hüceyrə tətbiqindən sonra Azər Məmmədov vətənə dönəcək. Həkimlərin bildirdiyinə görə,Azər Məmmədov bu əməliyyatdan sonra Azərbaycanda fiziyoterapiya müalicəsi alacaq və yaxın zamanlarda tamamilə sağlamlığına qovuşacaq.


Qeyd edək ki, aprel qazisinin mülicəsini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Açar sözlər: #aprel_qazisi   #Azər_Məmmədov  

Oxunub: 10753