Yay Azərbaycana nə vaxt gələcək?
20:00 20 İyun 2018
Bu il yay fəsli Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 14:07-də gələcək.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Femida.az-a bildirib ki, bu il martın 20-də Bakı vaxtı ilə saat 20:15-dən ölkəmizə qədəm qoyan yaz fəsli iyunun 21-də saat 14:07-dən etibarən yay fəsli ilə əvəzlənəcək. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.
Alim bildirib ki, yay fəslinin gəldiyi 21 iyun tarixində Şimal yarımkürəsində ən uzun gündüz (14 saat 43 dəqiqə) və ən qısa gecə yaşanacaq. Cənub yarımkürəsində isə bu gün, əksinə olaraq ən qısa gündüz, ən uzun gecə qeydə alınacaq. İyunun 22-dən etibarən isə gündüzlər qısalmağa, gecələr uzanmağa başlayacaq. Bu proses 21 sentyabr tarixinədək davam edəcək.
Qeyd edək ki, bu il Azərbaycanda payız fəsli sentyabrın 23-də Bakı vaxtı ilə saat 05:54-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 22-si saat 02:22-də (qış Günəş qarşıdurması anı) başlanacaq.
Femida.az
Oxunub: 1634
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Azərbaycan MN: "Ermənistan MN-in yaydığı məlumat tamamilə yalandır"
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Bakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilməsini əks etdirən görüntülər yayılıb
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- Azərbaycan MN: "Sosial şəbəkələrdə canlı yayım açan hərbçilər ordudan xaric edilib"
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”
- AMEA məlumat yayıb
- Azərbaycanda insanlar arasında kütləvi virus yayılıb
- Nyu-Yorkda meymunçiçəyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib