Jurnalisti təhqir edən generalın qardaşı üzr istədi – Foto / Video


20:18     20 İyun 2018 1502363088_jurnalist-1.jpg

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətdə DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyevin qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevin həbs olunması ilə bağlı jurnalistin sualını cavablandıran zaman general Ərziman Əliyev tərəfindən bizimyol.info saytının əməkdaşı ağır söyüşlərələ təhqir olunmuşdu.

Cəmiyyətin tanınan simaları, millək vəkilləri, siyasətçilər, ziyalılar, generallar, media nümayəndələri, mədəniyyət adamları bu biabırçı hərəkəti pisləmiş, peşə fəaliyyətini yerinə yetirən jurnalisti təhqir edən generalın cəzalandırılmasını tələb etmişdilər. Əli Cahangiroğlunun özü isə mətbuata açıqlamasında generalı məhkəməyə verəcəyini bildirmişdi.

Məsələ ilə bağlı ötən gün general Ərziman Əliyevin qardaşı Polad Əliyev jurnalist Əli Cahangiroğlu ilə əlaqə saxlayaraq çox üzgün, peşman olduqlarını bildirib, jurnalistdən üzr istəyib. Söyüşə görə üzr istəyən və üzürxaxlığının qəbul olunmasını xahiş edən general-mayor Ərziman Əliyevin qardaşı Polad Əliyev üzrxahlıqla bağlı səsli açıqlama da verib. Jurnalist Əli Cahangiroğlu deyib ki, generalın “ailə üzvlərinin narahatlığını, qardaşının bilavasitə gələrək təmsil etdiyi ailənin və özünün adından yazılı üzr istəməsini və bir çox ziyalıların, media rəhbərlərinin xahişini nəzərə alaraq” üzxahlığı qəbul edir və generalı bağışlayır.







Femida.az

Açar sözlər: #polis   #DİN   #jurnalist   #general  

Oxunub: 3039