Ər arvadını namaz qılarkən 7 yerdən bıçaqladı - Azərbaycanda dəhşətli hadisə +VİDEO
20:22 20 İyun 2018
Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.
Femida.az xəbər verir ki, bu sözləri APA TV-yə, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.
Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Namiq Həsənov arvadını öldürmək üçün ona kürək, qol, bilək və sinə nahiyəsinə 7 bıçaq xəsarəti yetirib. Ailə üzvlərinin bildirdiyinə görə, qadın namaz qılarkən kişi arxadan ona qəflətən hücum edərək bıçaqlamağa başlayıb. Hadisəni törədən şəxs qaçsa da, polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 6048
Oxşar xəbərlər
- İmişlidə kişinin arvadını bıçaqlaması ilə bağlı cinayət işi başlanılıb
- Goranboyda 2 qadını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Bakıda 27 yaşlı gənci bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Bakıda vətəndaşı bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə qudasını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağstafada 16 yaşlı gənci bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
- Gəncədə gənc oğlanı bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
- Gəncədə bıçaqlama - Şübhəli şəxs saxlanılıb