DİN Lerikdə baş verən zorlama xəbərinə REAKSİYA VERİB


20:43     20 İyun 2018 DİN.jpg

Daxili İşlər Nazirliyi Lerikdə yeniyetmə qızın zorlanması ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəis müavini Orxan Mansuzadə Femida.az-ın sorğusuna cavabında bildirib ki, yeniyetmə qızın təcavüzə məruz qalması barədə Lerik rayon Polis Şöbəsinə, eləcə də nazirliyin digər aidiyyəti sutrukturlarına hər hansı məlumat və müraciət daxil olmayıb:

“Yeniyetməyə qarşı zorakılıq etməkdə adı hallanan şəxsin evinə hücum olması barədə yayılan məlumatlar da həqiqətdən uzaqdır və bu iddialar təxribat xarakterli dezinformaisyalardır”.


Qeyd edək ki, bəzi KİV-də Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumatlar yayılıb.

Açar sözlər: #zorlama   #DİN   #zorlama  

Oxunub: 3153