Həyətyanı sahədə çətənə kolları əkən şəxs tutulub
20:56 20 İyun 2018
Şabranda kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Femida.az -ın verdiyi məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Rəhimli kənd sakini, 1983-cü il təvəllüdlü Quliyev Elşad Cabir oğluna məxsus həyətyanı sahədən xüsusi aqrotexniki qaydada qulluq edilmiş 10 ədəd narkotik xassəli çətənə bitkisi aşkarlanaraq götürülüb.
İstintaqa ilkin ifadəsində E.Quliyev çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyi bildirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Oxunub: 861