SOCAR daha bir ölkədə ofisini bağlayır


21:24     20 İyun 2018 socar0.jpg

SOCAR Estoniyadakı ofisini bağlayacaq.


Femida.az xəbər verir ki, bu barədə Estoniyanın “Äripäev” biznes qəzeti yazır. Məlumata görə, SOCAR xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.

Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.

Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.

Açar sözlər:

Oxunub: 1016