Azərbaycan 500 mln. dollarlıq qaz ixrac edib
21:30 20 İyun 2018

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 2 742 787,93 min kubmetr həcmində təbii qaz ixrac edib.
Femida.az-ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, ixrac olunan təbii qazın dəyəri 498 842,45 min ABŞ dolları olub.
İlin ilk 5 ayında ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,46%, dəyəri isə 3,17% azalıb.
Hesabat dövründə təbii qazın Azərbaycanın ümumi ixracında payı 6,77% təşkil edib.
Oxunub: 882