Polisin 4 otaqlı evi kül oldu - ZAQATALADA


21:55     20 İyun 2018 balekende%20yangin%20oldu%20femida0.jpg

Zaqatalada yanğın olub.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 16.00 radələrində rayonun Yuxarı Çardaxlar kəndində Nurlan Əhməd oğlu Novruzova məxsus, ümumi sahəsi 90 kv/m olan ikimərtəbəli 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.


Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ev sahibi Nurlan Novruzov Zaqatala rayon Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşıdır.

Açar sözlər:

Oxunub: 850