Hərbi və dövlət qulluqçularının pensiyaları yenidən hesablanacaq
22:33 20 İyun 2018
Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb.
F.Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.
“Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, - deyə F.Talıbov bildirib.(APA)
Femida.az
Oxunub: 2101
Oxşar xəbərlər
- Hərbi attaşelər Ermənistanın genişmiqyaslı təxribatı barədə məlumatlandırılıb
- Hərbi liseylərə qəbul imtahanı keçiriləcək
- Hərbi qulluqçumuz VƏFAT ETDİ
- Hərbi qulluqçuların məcburi icbari narkoloji müayinədən keçirilməsinə dair layihə qəbul edilib
- Hərbi Hava Qüvvələrində təlimlər keçirilib
- Hərbi Prokurorluğun nümayəndələri azad edilən ərazilərə gedib
- Hərbi prokurorun müavini vəzifəsindən azad edilib
- Hərbi prokurorluq işçiləri olmayan hərbçilərin maaşı artırılıb
- Hərbi Prokurorluqda kollegiya iclası keçirilib
- Hərbi forma geyinən bu şəxslər cərimə olunacaq