SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir


23:23     20 İyun 2018 socar0.jpg

SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir.



Femida.az bildirir ki, bu barədə Estoniyanın "Äripäev" qəzeti yazır.

Dövlət Neft Şirkəti xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.

Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.

Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 1435