Klublarımızın Avroliqadakı rəqibləri müəyyənləşdi - Siyahı


23:40     20 İyun 2018 18_06_20_1529509355.jpg


Bu gün UEFA Avropa Liqasında birinci təsnifat mərhələsinin püşkü atılıb.


Femida.az xəbər verir ki, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri də müəyyənləşib.

Ölkə kubokunun sahibi "Keşlə" Maltanın "Baltsan" klubu ilə qarşılaşacaq. İlk oyun Bakıda keçiriləcək.

Gümüş mükafatçı "Qəbələ" Lüksemburq təmsilçisi "Proqres"ə rəqib olub. İlk oyun səfərdə olacaq.

Bürünc medalçı "Neftçi" isə Macarsıstanın "Uypeşt" klubu ilə üz-üzə gələcək. İlk oyunun Bakıda keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab görüşləri isə iyulun 19-da keçiriləcək.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #idman   #futbol   #UEFA  

Oxunub: 1153