36 yaşlı gənc Gürcüstanın baş naziri oldu


00:05     21 İyun 2018 18_06_20_1529510241.jpg

Xəbər verdiyimiz kimi, 13 iyunda Gürcüstanda baş nazir Giorgi Kvirikaşvilinin prezidentlə fikir ayrılığı səbəbindən istefa vermişdi.

İqtidardakı “Gürcüstan Arzusu - Demokratik Gürcüstan” partiyası yeni baş nazir olaraq 36 yaşlı sabiq maliyyə naziri Mamuka Baxtadzenin namizədliyini irəli sürmüşdü.

Bu gün Baxtadzenin namizədliyi təsdiqlənib və o, Gürcüstanın yeni baş naziri olub.

Yaxın saatlarda yeni hökumətin tam tərkibinin müəyyənləşəcəyi də gözlənilir.

Femida.az

Açar sözlər: #Gürcüstan   #baş_nazir  

Oxunub: 1604