DÇ-2018-də ilk 1/8 finalçılar müəyyənləşdi


01:16     21 İyun 2018 futbolcu.jpg

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub.

Femida.az-ın məlumatına görə, Uruqvay millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 23-cü dəqiqədə Luis Suares vurub.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda Rusiya millisi ilə birgə 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İki oyuna xal toplaya bilməyən Misir və Səudiyyə Ərəbistanı yığmaları növbəti mərhələ şanslarını itiriblər.

DÇ-2018, A qrupu, II tur
19:00. Uruqvay - Səudiyyə Ərəbistanı 1:0
Qol: Luis Suares, 23

Femida.az

Açar sözlər:

Oxunub: 789