Ermənilərdən geri alınan kənddə şərab zavodu da var
02:38 21 İyun 2018
Əlahiddə Ümumqoşun Ordunun bu günlərdə həyata keçirdiyi əks-həmlə əməliyyatları nəticəsində ötən əsrin 90-cı illərindən Ermənistanın işğalı altına düşən 11 min hektar ərazi və mühüm strateji yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Femida.az "Nuhçıxan” informasiya agentliyinə istinadən xəbər verir ki, işğaldan azad edilən mühüm obyektlərdən biri Sovetlər Birliyi dönəmində Sədərək rayonunun Heydərabad qəsəbəsində fəaliyyət göstərən şərab zavodudur. Ordumuzun şəxsi heyəti həmin ərazini düşmən qüvvələrindən təmizləyərək strateji mövqelərdə postlar qurublar. Artıq əraziyə əsgərlərimiz nəzarət edirlər.
Şərab zavodu və onun ətrafına ermənilər yüzlərlə mina basdırıblar. Hazırda ərazidə minatəmizləmə işləri həyata keçirilir və tam yararsız vəziyyətə salınan şərab zavodu tullantılardan təmizlənir.
Qeyd edək ki, bu zavod ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilib və Şərur-Sədərək bölgəsinin iqtisadi həyatında mühüm yer tutub.
Femida.az
Oxunub: 1492
Oxşar xəbərlər
- Naxçıvanda Ermənistana məxsus PUA zərərsizləşdirilib
- Naxçıvanla Türkiyə arasında quru sərhədi niyə bağlanıb?
- Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb
- AZAL Naxçıvandan Gəncəyə uçuşlara başlayır
- Naxçıvanda məktəbin uçması nəticəsində ölən şəxslərin sayı 4-a çatıb - RƏSMİ
- Naxçıvanda gömrükçülər 100 kiloqrama yaxın heroin müsadirə edib
- Azərbaycan və İran arasında Naxçıvanla əlaqə üçün yeni sənəd imzalanıb
- Azərbaycan Ordusu, DTX və FHN Naxçıvanda birgə təlim keçirib
- AZAL Naxçıvana bilet almaq istəyənlərə xəbərdarlıq edib
- Naxçıvana yeni daxili işlər naziri təyin edilib