Bakıda böyük qəza - Şəhərə giriş bağlandı


03:04     21 İyun 2018 18_06_20_1529521661.jpg

Bakıda yol qəzası baş verib.

Hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, "Qaradağsement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

Femida.az

Açar sözlər: #qəza   #Bakı  

Oxunub: 885