Nazirlikdə iclas keçirildi - İmişlidəki zəhərlənməyə görə
13:35 21 İyun 2018
Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.
Qurumdan bildirilib ki, pambıq sahələrində təhlükəsizlik tədbirləri gücləndirilməli, yerlərdə sahibkarlarla görüşlər keçirilməlidir: "Yerlərə tapşırıqlar verildi ki, marifləndirmə tədbirləri gücləndirilsin. Əvvəllər də bu cür marifləndirmə işləri aparılmışdı, mütəmadi məlumatlar verilmişdi, təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı təlimatlar təqdim olunmuşdu. Amma indi kənd təsərrüfatı idarələrinin cəlb olunması ilə daha gücləndirilmiş tədbirlər həyata keçirilməsi barədə tapşırıqlar verildi. Kənd təsərrüfatı idarələrinin rəisləri fermer və sahibkarlarla görüşlər keçirməli, onları bu barədə marifləndirməlidirlər".
Nazirlikdən bildiriblər ki, hazırda İmişli, Tərtər və Saatlı rayonlarındakı pambıq tarlalarında baş vermiş hadisələrlə bağlı araşdırmalar aparılır: "Hadisə ilə bağlı araşdırmalar aparılır, hər 3 hadisə barədə prokurorluqda cinayət işi başlanıb".
Xatırladaq ki, iyunun 19-da İmişli rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Nəticədə 141 nəfər xəstəxanaya müraciət edib. Hazırda 12 nəfərin müalicəsi davam etdirilir. Bir neçə gün əvvəl isə Tərtər və Saatlı rayonlarında da anoloji hadisələr baş vermişdi.
Femida.az
Oxunub: 1381
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Hesablama Palatası AzTV-də yoxlamalara başlayıb
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Mingəçevir evdə qadın meyiti tapılıb