Mikroavtobus yük maşını ilə toqquşdu - Yaralılar var


14:51     21 İyun 2018 2018/06/661427_1529564035.jpg

Yevlax rayonunda sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.


Femida.az xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 99-JE-959 dövlıət qeydiyyat nişanlı, "Mercedes" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq 21-BD-889 dövlət qeydiyyat nişanlı "KamAZ" markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Onlardan ikisinin vəziyyətinin yüngül olduğundan hadisə yerində ilkin tibbi yardım göstərilib. Digər bir nəfər sərnişin, Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Həsən Cavid oğlu Ağazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1255