Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
15:09 21 İyun 2018
Azərbaycanda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.
Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib.
Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Femida.az
Oxunub: 616
Oxşar xəbərlər
- Külli miqdarda "Parliament"i Azərbaycana gətirə bilmədi
- Külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb
- Külli miqdarda narkotik maddə aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarıldı
- Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb
- Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alınıb
- Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı
- Külli miqdarda aksiz markası olmayan siqaret və spirtli içki aşkarlanıb
- Külli miqdarda narkotik dövriyyədən çıxarılıb
- Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb