Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları - Məbləğ AÇIQLANDI


16:00     21 İyun 2018 muellim5.jpg

"2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib".



Femida.az-ın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində deyib.

Şöbə müdiri qeyd edib ki, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin 23,5 faizi 300 manatadək, 35,9 faizi 300-500 manat, 27,1 faizi 500-700 manat, 10 faizi 700-900 manat, 3,5 faizinin maaşı 900 manat və daha çoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 2951