“Azərpoçt” “Əsgərə məktub” aksiyasını keçirir
16:45 21 İyun 2018
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.
Nazirlikdən Femida.az-a verilən xəbərə görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.
“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə “Park Bulvar”da “Azərpoçt” MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.
Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər. Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 1045
Oxşar xəbərlər
- “Azərpoçt”un inkassatoru şirkətin 10 min manata yaxın vəsaitini mənimsəyib
- “Azərpoçt” bayram günlərində işləyəcək
- “Azərpoçt”un rəhbəri dəyişib
- “Azərpoçt” MMC-nin şöbə müdiri məhkəmə zalında həbs edildi
- “Azərpoçt”un baş direktor müavini işdən çıxıb
- Kitabxanaçıya qarşı dələduzluq edən “Azərpoçt” əməkdaşının məhkəməsi başlayıb
- “Azərpoçt”un əməkdaşları iş yerindən oğurluğa görə tutuldu
- “Azərpoçt” daha 16 ölkəyə göndərişi bərpa edib
- “Azərpoçt”da birdəfəlik ödəmənin verilməsinə başlanıldı
- "Azərpoçt" beynəlxalq poçt göndərişlərinin qəbulunu dayandırır