“173 milyon manat pul lazımdır...” - Hadı Rəcəbli


16:55     21 İyun 2018 hadi%20recebli.jpg

Pensiyaya çıxanların sonradan pensiyalarını hesablamaqla bağlı və digər məsələlərlə əlaqədar “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə görə 173 milyon manat pul lazımdır.

Femida.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitənin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O, bildirib ki, komitə bu qədər vəsaitin dövlət büdcəsindən götürülüb, insanlara verilməsi üçün qanunlara əlavə və dəyişikliklər edib: “Bütün bunlar möhtərəm prezidentimizin xeyir-duası ilə görülən işlərdir. Prezident şəhid ailələrinə müavinətin verilməsi ilə bağlı daha bir addım atıb. Bu məqsəd üçün də 98 milyon manat vəsait lazımdır. Beləliklə, 300 milyon manata yaxın vəsait təkcə bu sosial məqsədlər üçün nəzərdə tutulur”.

Femida.az

Açar sözlər:

Oxunub: 1060


Oxşar xəbərlər