Bakıda tələbəni öldürən şəxslərə hökm oxundu - 35 il


17:23     21 İyun 2018 hebs%20omur.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın xəbərinə görə, hakim Şəkər Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Rəşad Həsənov 17 il, Aftandil Məmmədov isə 18 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə ötən il Bakının Nəsimi rayonunda baş verib. Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin zorakılıq əlamətləri olan meyiti rayonun Fikrət Əmirov küçəsində aşkar edilib.

22-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Samir Mehdiyevi qətlə yetirənlər müəyyən olunub.

Qətli törədən Bakı şəhər sakini Rəşad Həsənov və Ağstafa rayon sakini Aftandil Məmmədov həbs edilib.

Femida.az

Açar sözlər: Həbs   polis   Məhkəmə  

Oxunub: 586