İmişli sakini kreditə görə müsadirə edilən avtomobilini qaçırdı


18:53     21 İyun 2018 18_06_21_1529578976.jpg

İmişli sakini kreditə görə müsadirə olunan avtomobilini qaçırıb.

DİN-dən Femida.az-a verilən məlumata görə, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən banklardan birinin əməkdaşı mayın 21-də İmişli rayon sakini Nizam Abbasova məxsus “Mercedes” markalı avtomobilə görə kreditin ödənilməsində problem olduğu üçün bu nəqliyyat vasitəsinin bankın işçiləri tərəfindən dayanacağa yerləşdirildiyini, mayın 24-də isə həmin avtomaşının oradan qaçırıldığını bildirib.

Məlumatla əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Həmin “Mercedes” iyunun 19-da İmişli rayonu ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən sürücünün əvvəllər məhkum olunmuş elə N.Abbasov müəyyən edilib.

Femida.az

Açar sözlər: #maşın   #oğru   #İmişli  

Oxunub: 892