Şoppinq inqilabı: Univermaqlar alış-veriş ənənəsini necə dəyişdi


19:28     21 İyun 2018 2018/06/_96916514_gettyimages-457702228_1529580917.jpg

"Xeyr, sadəcə baxıram." Mağazanı gəzərkən satıcının bizə yaxınlaşdığını görəndə, biz adətən bu cümləni işlədirik. Bunun müqabilində isə "O zaman, sürüş burdan" deyiləcəyini heç kim gözləmir.


Lakin 1888-ci ildə London mağazalarından birində Harry Gordon Selfridge məhz bu kəlməni eşidib təsirlənmişdi. Həmin ildə bər-bəzək geyimli amerikalı Avropanın universal mağazalarına baxış səfərinə çıxmışdı - Vyana, Berlin, Parisdə olub, sonra Manchester və Londona baş çəkmişdi.

Onun məqsədi maraqlı yeniliklər barədə məlumat toplayıb Chicago-dakı direktoru Marshall Field-ə çatdırmaq idi.

"Alıcı həmişə haqlıdır" məşhur kəlmənin müəllifi Fieldddir.

Üstündən 20 il keçdikdən sonra Selfridge yenidən Londona gəlir, və bu dəfə Oxford street küçəsində öz adı altında bir univesal mağaza açır.

Bu gün Oxford street bütün dünyadan Londona alış-veriş üçün gələn milyonlarla müştərini özünə maqnit kimi çəkir.

Mağaza təzə açılanda isə bura maraqsız bir yer idi, yeganə müsbət cəhət yaxınlıqda metro xəttinin keçməsi idi.

Selfridges universal mağazasının ticarət zallarının sahəsi 24 min kvadrat metr təşkil edib. Həmin dövr üçün bu əsl sensasiya idi.



Selfridges mağazasının açlışı günü - 15 mart 1909-cu il

Xüsusi yanaşma


Selfridge öz mağazasında böyük vitrinlər quraraq ən dəb-dəbəli malları sərgilənmək üçün vitrinlərdə yerləşdirib.

Ölçülərindən daha çox mağazada alıcalara münasibət heyrət doğururdu.

Harry Gordon Selfridge mağazanı gəzmək ənənəsini yaratdı. 19-cu əsrin sonlarında ABŞ mağazalarında bu adət artıq bir ənənə formasını almışdı.

"Sadəcə baxma" niyyəti alqışlanırdı.

Chicago-da olduğu kimi Selfridge malları kilidli şüşə şkaflarında yox və ya hündür rəflərdə yerləşdirmək adətindən imtina etdi.

Bunun əvəzində o, alıcıya təklif edilən malları açıq vəziyyətdə geniş dəhlizlər boyu quraşdırılmış rəflərdə nümayiş etdirməyə başladı: alıcıya mala toxunmaq, hər tərəfdən nəzər yetirmək imkanı verilmişdi.



Harry Gordon Selfridge - alış-veriş sahəsində inqilab yaradan şəxs

Keçmişdə universal mağazalara yalnız zənginlər və yüksək təbəqələrə mənsub olanlar gedərdilər.

Selfridge bu məsələyə də yenilik gətirdi.

O, əlahiddəliyin, ayrı-seçkiliyin əleyhinə idi.

Selfridge, reklamlarında mağazasına bütün Britaniya camaatını dəvət edirdi, və bunun üçün "heç bir xüsusi bilet tələb olunmadığı" qeyd olunurdu.

Piramidanın dibi

Bu gün idarəçilik üzrə məsləhətçilər deyir ki, gəlir mənbəyini piramidanın dibində axtarmaq lazımdır - yəni gəliri aşağı lakin sayı çox olan cəmiyyətin aşağı təbəqələrində.

Bu baxımdan, Selfridge öz zamanını xeyli qabaqlamışdı.

Chicago-dakı mağazasında o, fəhlə sinfinə birbaşa müraciət edərək, bu təbəqə üçün nəzərdə tutulan ucuzlaşdırılmış malların satışını təşkil etmişdi.

Amerikaya İrlandiyadan köçmüş immiqrant Alexander Turney Stewart da müasir mağaza alış-veriş mədəniyyətinin formalaşmasına təsir göstərmiş şəxslərdən biridir.

O, New York-da universal mağazasında alıcıların rahatlığı üçün "sərbəst giriş" siyasətini ilk olaraq tətbiq etməyə başlamışdı.



Alexander Turney Stewart-ın mağazasında qiymətlər həmişə sərfəli olub

Onun AT Stewart and Co mağazası mövsümün sonunadək satılmamış mallara qiymət endirimi edərək satışa çıxarılmasını ilk olaraq tətbiq etməyə başladı.

Malı, xoşuna gəlmədiyi halda qaytaran alıcıya pulunu qeyd-şərtsiz qaytarmağı da ilk dəfə məhz Stewart təklif etməyə başladı.

O, eyni zamanda, mallarını tez satmaq üçün, onları alıcılara mümkün qədər minimal qiymətə təklif etməyə başladı.

Ticarət məbədləri

Stewart vəfat edəndə New York-da ən varlı adamlardan biri idi.

Böyük universal mağazalar ticarət məbədlərinə çevrildi.

Stewart-ın univermaqını camaat "Mərmərli saray" adlandırırdı.

Alış-verişə çıxmaq, univermaqa baş çəkmək daha yüksək səviyyəyə qaldırıldı.

Misal üçün, Budapeştdəki Corvin mağazasında elə bir lift quraşdırıldı kı, kütləvi marağa səbəb oldu. Nəticədə, həmin liftdə qalxıb-düşməyi mağaza ödənişli etdi.

Londonda isə Harrods mağazasında "yeriyən pilləkan" saatda 4 000 adamı daşıya bilirdi.

Bütün univarsal mağazalarda müxtəlifçeşidli mallar almaq imkanı var idi, hətta qəbir daşı da almaq olardı.

Harrods, alıcılara dəfn mərasimi xidmətlərini təklif edən ilk mağaza oldu.(BBC)

Femida.az

Açar sözlər: Ticarət   Şoppinq  

Oxunub: 957