Azərbaycanda universitet binası uçdu - SON DƏQİQƏ


20:30     21 İyun 2018 18_06_21_1529587304.jpg


Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.

Femida.az bu barədə Xeberle.com-a istinadən məlumata verir.

SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, hadisə 15:30 radələrində baş verib:

"Əslində kənarında çat əmələ gəldiyi üçün giriş bağlanılmışdı və tələbələrin oradan keçməməsi üçün nəzarət edilirdi. Hətta həmin girişin təmiri üçün müraciət də olunmuşdu. Sumqayıt Dövlət Universitetinin əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavan (козырёк) çöküb, yararsız vəziyyətə düşüb. Öncə əmələ gələn çatları nəzərə alaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb. Qeyd edək ki, müvafiq strukturlara məlumat verilib. Tələbələr binaya daxil olmaq üçün digər girişlərdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edilib və məsələ tezliklə həll ediləcək”.

Femida.az

Açar sözlər: #Sumqayıt   #SDU   #universitet   #bina  

Oxunub: 6430