Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir

Azərbaycanın növbəti ixrac missiyası İsveçrəyə gedir


22:55     21 İyun 2018 2018/06/iqtisadiyyat-nazirliyi-2_1529588152.jpg

“Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ixrac missiyası iyunun 25-29 tarixlərində İsveçrəyə təşkil olunacaq.


İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, ixrac missiyasına müsabiqə əsasında seçilmiş fındıq istehsalı sahəsində fəaliyyət göstərən 12 Azərbaycan şirkəti daxildir.

Missiya çərçivəsində Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlərin təşkili, iqtisadi-ticarət əlaqələrin genişləndirilməsinə dair müzakirələrin aparılması və Azərbaycan məhsullarına dair təqdimatların keçirilməsi nəzərdə tutulur.

Femida.az

Açar sözlər: İsveçrə  

Oxunub: 402