Arvadı evdən gedən kişi özünü asdı - Şabranda ŞOK
21:36 21 İyun 2018
Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.
Femida.az report-a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.
Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə - Quba rayonuna gedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.
Ailənin üç oğlan övladı var
İntiharın dəqiq səbəbləri Şabran Rayon Prokurorluğunda araşdırır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb.
Femida.az
Oxunub: 3028
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır