Azərbaycanda müdafiə xərcləri artırılır


21:43     21 İyun 2018 TANK.jpg

Bu ilin dövlət büdcəsində müdafiə xərcləri 166,5 mln. manat və yaxud 6,1% artırılaraq 2 905,222 mln. manata çatdırılacaq.

Femida.az xəbər verir ki, bu, "2018-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.

Sənədə əsasən, müdafiə qüvvələrinə çəkilən xərcin 1,3% artırılaraq 1 384,068 mln. manat, milli təhlükəsizliyə çəkilən xərclərin 16,75% artırılaraq 130,359 mln. manat, digər kateqoriyaya aid edilməyən xərclərin isə 10,3% artırılaraq 1 388,132 mln. manat olması planlaşdırılır. Müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlara ayırmalar isə əvvəlki kimi 2,663 mln. manat saxlanılıb.

Femida.az

Açar sözlər: #müdafiə   #büdcə   #ordu  

Oxunub: 706