“Bəzən Elmarla məni səhv salırlar” - Çavuşoğlu


21:52     21 İyun 2018 18_06_21_1529589210.jpg


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla bənzərliyindən danışıb.

Çavuşoğlu jurnalistlərin onunla Məmmədyarovu bəzən səhv saldıqlarını deyib:

“Latın Amerikası, Körfəz ölkələrində “brother”
(qardaş) dediklərimiz var. Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarovla görünüşcə də oxşayırıq, bəzən bizi səhv salırlar. Görüşlərdə Azərbaycanla bağlı suallar veriləndə düşünürdüm ki, türk olduğum üçün soruşulur. Əslində, Elmarla səhv salırmışlar. Bir dəfə təyyarədə ondan Türkiyə ilə bağlı söz soruşublar. O da məsələni gec başa düşüb”.

Femida.az

Açar sözlər: #Çavuşoğlu   #Elmar_Məmmədyarov   #XİN   #siyasət   #Türkiyə  

Oxunub: 1210