Müdafiə Nazirliyi Ermənistan tərəfi ilə bağlı MƏLUMAT YAYDI
23:30 21 İyun 2018
“Müdafiə nazirlərini əlcək kimi dəyişən Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan özünün sarsaq və yersiz şərhləri ilə insanları təəccübləndirməkdən vaz keçmir”.
Femida.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik Vaqif Dərgahlı Azərbaycan ordusu tərəfindən Naxçıvan cəbhəsində 11 min hektar ərazinin azad olunması ilə bağlı A. Ovannisyanın sözlərinə münasibət bildirərkən deyib.
“Lakin bu dəfə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi qeyri-ixtiyari olaraq Azərbaycan müdafiə naziri haqqında həqiqəti söyləyərək onu xilaskar adlandırıb. Bəli, Azərbaycan ordusu xilaskar və öz torpaqlarının qoruyucusudur. Düşməndən fərqli olaraq, bizim başqasının torpağında gözümüz yoxdur. Bununla yanaşı, biz öz torpaqlarımızı işğal altında qoymayacağıq. Azərbaycan ordusunun xilaskar əsgərinin qədim Azərbaycan ərazilərindən sonuncu işğalçını da çıxarıb atacağı gün uzaqda deyil”, - deyə V. Dərgahlı bildirib.
Oxunub: 3308
Oxşar xəbərlər
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Müdafiə Nazirliyinin iki hərbi qulluqçusu xəstəlikdən vəfat edib
- Müdafiə Nazirliyinin sabiq baş zabiti həbs edilib
- Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır
- Müdafiə Nazirliyi ev almaq istəyən hərbçilərə müraciət edib
- Müdafiə Nazirliyi əsgərin sosial şəbəkələrdə yaydığı fikirlərə münasibət bildirib
- Müdafiə Nazirliyinin Suqovuşanda “N” saylı hərbi hissəsinin açılışı olub
- Müdafiə Nazirliyi azad olunan ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb