Sumqayıt Dövlət Universitetinin girişində sütunlu tavan çökdü


23:44     21 İyun 2018 18_06_21_1529595923.jpg

Bu gün saat 15:30-da Sumqayıt Dövlət Universitetinin (SDU) əsas tədris binasının giriş hissəsinin çöl tərəfindən sütunlu tavanı çökərək yararsız vəziyyətə düşüb.



Femida.az xəbər verir ki, bu barədə APA-ya SDU-nun mətbuat xidmətinin rəhbəri Nazxanım Cəlilli məlumat verib.

O bildirib ki, öncədən əmələ gələn çatlar nəzərə alınaraq təhlükəsizlik tədbirləri görüldüyündən hadisə nəticəsində xəsarət alan olmayıb.

N. Cəlilli qeyd edib ki, hadisə barədə müvafiq strukturlara məlumat verilib.

Açar sözlər:

Oxunub: 1197