Zərdabda ağır qəza:1 ölü, 5 yaralı


00:28     22 İyun 2018 publika.az1397292007qeza.jpg

Zərdab rayonunda ağır yol qəzası baş verib.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 748