Elmar Məmmədyarov iraqlı həmkarı ilə görüşüb


14:44     30 Sentyabr 2015 72c1d3ae8d4f078c30f0921602a1b4e9.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov 29 sentyabr 2015-ci il tarixində BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri ilə görüşüb.


Bu barədə Xarici İşlər Nazirliyindən Femida.az-a daxil olan məlumatda bildirilir

Görüş zamanı İbrahim Əl-Cəfəri rəsmi səfərlərin əlaqələrin inkişafına müsbət təsirindən danışaraq iki ölkə arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkil edilməsinin vacib olduğunu qeyd etdi.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan Əl-Cəfəri İraqın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini diqqətə çatdırdı.

İki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu deyən Əl-Cəfəri Azərbaycan ilə terrorçuluqla mübarizə üzrə əməkdaşlığın genişləndirilməsində ölkəsinin maraqlı olduğunu söylədi.

Nazir Elmar Məmmədyarov tarixən Azərbaycan və İraq xalqları arasında dost münasibətlərin olduğunu xatırladaraq, Bağdad və Bakı arasında birbaşa uçuşların fəaliyyətə başlamasının iki ölkə arasındakı əməkdaşlığa önəmli töhfə verəcəyini bildirdi.

Azərbaycanın ərazi bütövlü və suverenliyinin beynəlxalq formatlarda, eləcə də BMT Baş Assambleyasında İraq tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

İki ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu deyən Elmar Məmmədyarov iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə hər iki ölkənin işgüzar dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin və birgə biznes forumların keçirilməsinin vacib olduğunu qeyd etdi. Azərbaycanın xüsusilə enerji sahəsində İraq ilə əməkdaşlıqda maraqlı olduğunu dedi.

Elmar Məmmədyarov iraqlı həmkarını Azərbaycana səfərə dəvət etdi. İraq naziri dəvəti məmnuniyyətlə qəbul etdi.

Açar sözlər:

Oxunub: 582