"Qarabağ" italiyalı qapıçını transfer edir


00:40     22 İyun 2018 18_06_21_1529597528.jpg

"Qarabağ" klubu İtaliyanın "Peskara" klubunun italiyalı qapıçısı Vinçenzo Fiorillonu heyətinə qatmaq istəyir.


Femida.az "Alfredopedulla.com" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 28 yaşlı qolkiperin klubu ilə razılıq əldə edib və bu transfer üçün 600 min avro ödəyəcək.

Son ölkə çempionu Fiorilloya ikiillik müqavilə təklif edib. Oyunçunun "Peskara" ilə birillik müqaviləsi mövcuddur.

Açar sözlər:

Oxunub: 588