Türkiyə ilk “F-35”i təhvil aldı


01:12     22 İyun 2018 18_06_21_1529599952.jpg

Türkiyə ABŞ-la birlikdə həyata keçirdiyi “F-35” layihəsi çərçivəsində ilk təyyarəni təhvil alıb.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mərasim Texasda baş tutub.

Məkumata görə, təyyarə Arizona ştatında yerləşən Luke hərbi hava bazasında türk pilotların təlimlərində istifadə ediləcək.

Razılaşmaya əsasən yaxın günlərdə növbəti “F-35”, 2019-cu ilin martında isə daha ikisi Türkiyəyə təhvil veriləcək. Gələn ilin noyabrında veriləcək 5-ci və 6-cı təyyarələr isə birbaşa Türkiyəyə aparılacaq.

Qeyd edək ki, Türkiyə qarşıdakı illər ərzində ümumilikdə 100 ədəd “F-35” tədarük etmək niyyətindədir. Hazırda 35-i sifariş edilib.

Açar sözlər:

Oxunub: 669