Növbəti buraxılış imtahanı keçiriləcək
13:53 22 İyun 2018
İyulun 3-də keçiriləcək buraxılış imtahanında iştirak edəcək şagirdlər özlərinin imtahana buraxılış vərəqəsini çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən Femida.az-a bildirilib ki, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilər.
İyulun 3-də Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Xocavənd, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən və Xızı rayonunun ümumtəhsil müəssisələrinin məzunları, həmçinin Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün ümumi və tam orta təhsil səviyyəsi üzrə (9-cu və 11-ci sinif) buraxılış imtahanı keçiriləcək.
Buraxılış imtahanında iştirak edəcək şagirdlər
http://eservices.dim.gov.az/sagirdBV/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.
Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləmək olar.
Femida.az
Oxunub: 891
Oxşar xəbərlər
- Növbəti il dövlət büdcəsi 29 milyard manata yaxın olacaq
- Növbəti iki günün havası açıqlanıb
- Növbəti tədris ilinin tətil günləri açıqlanıb
- Növbəti buraxılış imtahanı keçiriləcək
- Növbəti hərracın vaxtı dəyişdirildi
- Növbəti yumşalma hansı sahədə olacaq? - Bu dəfə həkim-radioloq danışdı
- Növbəti ildən bütün işçilərin maaşından tutulacaq - RƏSMİ
- Növbəti şəhid ailəsinin sosial təminat və məşğulluq məsələləri həll olunur
- Növbəti düşmən təxribatı - "Facebook" istifadəçilərinin NƏZƏRİNƏ
- Növbəti vakansiya seçiminə start verilir