Göyçay sakini özünü asıb


14:00     22 İyun 2018 intihar6.jpg

Göyçay rayonunda intihar hadisəsi baş verib.

Bu gün səhər saatlarında rayonun Hacıağabəyli kəndində 30 yaşlı Anar Fətəliyev yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Onun özünə qəsd etməsinin səbəbi müəyyənləşdirilir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 684