Ağsu aşırımında yol çökdü

Ağsu aşırımında yol çökdü

14:06     22 İyun 2018 2018/06/661855_1529664714.jpg

Bakı-Şamaxı-Yevlax yolunda çökmə olub.


Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə yolun Ağsu dolaylarından keçən hissəsində baş verib.

Yolun çökən hissəsi bağlanıb və avtomobillərin girişi qadağan edilib. Hazırda nəqliyyat vasitələri həmin ərazidə çəkilmiş alternativ yoldan istifadə edirlər.

Xatırladaq ki, Ağsu dolaylarında son illərdə bir neçə dəfə çökmə hadisəsi baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 353