Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb

Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb


02:02     23 İyun 2018 cetene_kolu_0018.jpg

Neftçalada narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində əməliyyat keçirilib.


DİN mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Neftçala rayonu Qədimkənd sakini Zöhrab Hüseynov saxlanılıb.

RPŞ əməkdaşları tərəfindən Qədimkənd ərazisində ona məxsus kultivasiya yolu ilə yetişdirilmiş 62 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı Neftçala RPŞ-də araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 323