Zəhərlənmə ilə bağlı 4 qurumdan daha bir MƏLUMAT

Zəhərlənmə ilə bağlı 4 qurumdan daha bir MƏLUMAT


19:52     22 İyun 2018 Prokurorluq%20yen%20%20070714.jpg

Son günlər pambıq sahəsində zəhərlənmələrlə bağlı bəzi şəxslər tərəfindən süni ajiotaj yaradılır.



Femida.az -ın məlumatına görə, bu barədə Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyinin birgə məlumatında qeyd olunub.


Məlumatda bildirilib ki, iyun ayı ərzində Saatlı, Tərtər və İmişli rayonlarında pambıq sahəsində baş vermiş zəhərlənmə halları ilə bağlı cinayət işi açılıb.

"Araşdırma zamanı həmçinin müəyyən edilib ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır " deyə, məlumatda qeyd olunub.

Xatırladaq ki, baş vermiş hadisə ilə bağlı bir neçə vəzifəli şəxsə Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunaraq, barələrində həbs qətimkan tədbiri seçilib.


Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tutduğu vəzifədən azad olunub.

Açar sözlər: #Prokurorluq   #Polis  

Oxunub: 398