Alt paltarında narkotik gətirdi

Alt paltarında narkotik gətirdi


20:00     22 İyun 2018 heroin%20narkotik.jpg

Azərbaycanda həbsdə olan şəxsə heroin ötürülməsinin qarşısı alınıb.



Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Quliyev Ramil Sabir oğluna tanışı Ağdam rayon sakini Xəlilov İlqar Çoban oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan 2 ədəd alt paltarına xüsusi üsulla hopdurulmuş 0,487 qram heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 273